Samuxda 10 nəfər halvadan zəhərləndi


Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 
Bildirilib ki, 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) 15.07.2026-cı il tarixində saat 15:30 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir”, - məlumatda qeyd olunub.
“Report”un məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində baş verib. İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top