Aİ əhalisi 2029-cu ildən sonra azalmağa başlayacaq – Araşdırma


Avropa İttifaqı (Aİ) əhalisinin daha bir neçə il artmağa davam edəcəyi və ardından növbəti bir neçə onillikdə azalacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin tədqiqatçılarının hesabatında öz əksini tapıb.
Tədqiqatçılar hazırda 450,6 milyon olan Aİ əhalisinin 2029-cu ildə 453,3 milyona çatacağını və daha sonra 2100-cü ilə qədər 398,8 milyona düşəcəyini və 1970-ci illərdəki səviyyələrə qayıdacağını proqnozlaşdırırlar.
Bununla yanaşı, DW-nin məlumatına görə, 2024-cü ildə 81,5 il olan orta ömür uzunluğunun 2100-cü ilə qədər qadınlar üçün 90 yaşa, kişilər üçün isə 86 yaşa çatacağı gözlənilir. Bu hesablamalara görə, hazırda 65 yaş və yuxarı insanlar Aİ əhalisinin təxminən 20 faizini təşkil etsə də, 2050-ci ilə qədər bu rəqəm Aİ əhalisinin üçdə birinə çatacaq.
Tədqiqatçıların fikrincə, demoqrafik dəyişikliyin bəzi təsirləri miqrasiya yolu ilə azaldıla bilər, lakin bu, qocalmış cəmiyyətin problemlərini tam həll edə bilməz.

DİGƏR XƏBƏRLƏR

Top