
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin prezidentlik müddətinin sonuna qədər bitəcəyini istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
Jurnalist ondan Ukrayna münaqişəsinin 2029-cu ildə prezidentlik müddəti bitənə qədər həll olunub-olunmayacağını soruşub.
Tramp isə suala cavab olaraq, "Düşünürəm ki, bəli", - deyə bildirib.
“Düşünürdüm ki, bu, daha tez bitəcək. Düşünürdüm ki, bu, ən asan həll yolu olacaq. Çünki hər iki liderlə yaxşı yola gedirəm”, - deyə Amerika lideri əlavə edib.
ABŞ prezidenti həmçinin, Rusiyanın Ukraynadakı münaqişənin həlli üçün tezliklə sülh sazişi bağlamağa hazır olduğunu bildirib.
“Mən inanıram ki, o (Rusiya Prezidenti Vladimir Putin) razılaşma əldə etməyə hazırdır. Həm də tezliklə. Tanqo üçün iki nəfər lazımdır, amma o, razılaşma əldə etməyə hazırdır”, - Tramp qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz