Ceyhun Bayramov Lavrovla danışıqlar üçün Rusiyaya gedir


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyul tarixlərində Rusiyaya rəsmi səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
O, səfər çərçivəsində Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar planlaşdırıldığını deyib.
“16-17 iyul tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Rusiya Federasiyasına rəsmi səfər edəcək və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq. İki ölkənin xarici işlər nazirləri Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini, eləcə də bir sıra aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər”, - Zaxarova bildirib.

DİGƏR XƏBƏRLƏR

Top