Yamalın evini qarət etmək istədilər…


İspaniya millisinin və “Barselona” klubunun hücumçusu Lamin Yamalın evində soyğunçuluq cəhdi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Diario Ara” nəşriı məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla səhər saat 4:00 radələrində elit Espluqes de Lyobreqat ərazisində baş verib.
Oğrular İspaniyanın 2026-cı il Dünya Kubokunun yarımfinalında Fransanı məğlub etməsindən bir neçə saat sonra malikanəyə girməyə cəhd ediblər. Ancaq təhlükəsizlik xidmətinin sayıqlığı sayəsində soyğunçuluq cəhdinin qarşısı alınıb.
Təhlükəsizlik əməkdaşı müşahidə kameralarında hasarı aşmağa çalışan iki nəfəri görüb. Görüldüklərini anlayan oğrular polis gələnə qədər hadisə yerindən qaçmağı bacarıblar.
Hadisə yerinə Kataloniya polis patrulları (Mossos d'Esquadra) gəlib və hazırda cinayət işi üzrə istintaq şöbəsi hadisə ilə bağlı araşdırma aparır.
Müstəntiqlər həmin gecə digər evlərdə də oxşar oğurluq cəhdlərini qeydə alıblar. Buna görə də, polis hazırda Yamalın malikanəsinin oğruların konkret hədəfi olub-olmadığını, həmçinin onların təsadüfi hərəkət edib-etmədiyini müəyyən etməyə çalışır.

DİGƏR XƏBƏRLƏR

Top