
Cənubi Koreya Prezidenti Li Çje Myon hökumətin daşınmaz əmlak bazarını sabitləşdirmək kampaniyasına dəstək olaraq yeganə mənzilini satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, prezident dünən kabinet iclasında “Artıq evim yoxdur” deyə elan edib.
Mənbələrə görə, mənzillə bağlı ilkin müqavilə imzalanıb. Əsas müqavilənin isə tezliklə bağlanacağı gözlənilir.
Qeyd edək ki, Li Çje Myon paytaxtdan 20 kilometr cənubda yerləşən Sonnam şəhərindəki mənzilini bu ilin fevral ayında satışa çıxarıb. Cənubi Koreya Prezidenti həyat yoldaşı Kim He Qenlə birlikdə 1998-ci ildən bəri sahibi olduğu 164 kvadratmetrlik mənzili 2,9 milyard vona (təxminən 3 milyon 230 min manat) satıb. Hazırda o, həyat yoldaşı ilə Seulun Hannamdоn rayonundakı rəsmi iqamətgahda yaşayır.
Xatırladaq ki, Cənubi Koreya hakimiyyəti hazırda boş ev sahiblərini əmlaklarını investisiya və ya spekulyasiya üçün saxlamaq əvəzinə, onları tez bir zamanda satmağa təşviq edir. Bu, mənzil fondunu genişləndirmək və aktiv kimi yerli daşınmaz əmlak bazarında qiymətlərə mənfi təsir göstərən boş mənzillər problemini aradan qaldırmaq məqsədi daşıyır.
Tətbiqimizi yükləyə bilərsiniz