Dünya Kuboku finalında fasilə 30 dəqiqə olacaq


FIFA 2026-cı ildə Nyu-Cersi ştatında keçiriləcək Dünya Kuboku finalında fasiləni 30 dəqiqəyə qədər uzatmağı planlaşdırır.
Yeniavaz.com
“The Telegraph” qəzetinə istinala xəbər verir ki, bu qərar fasiləni 15 dəqiqə ilə məhdudlaşdıran mövcud futbol qaydalarını pozur.
Nəşr dəyişikliklərin Amerika Super Kuboku üslubunda 11 dəqiqəlik böyük musiqi şousunu təşkil etmək üçün zəruri olduğunu bildirir.
“Coldplay” qrupunun solisti Kris Martin qarşıdan gələn şounun kuratoru təyin edilib.
“MetLife” stadionunun səhnəsində Madonna, Şakira, Castin Biber və BTS kimi məşhurların çıxışı gözlənilir.
Konsert proqramına həmçinin nigeriyalı müğənni Burna Boyun, dirijor Qustavo Dudamelin, “PS22 Chorus” uşaq xorunun, “Sesame Street” və “The Muppet Show” uşaq şouları personajlarının çıxışları daxildir.
Bundan əlavə, start fitinin verilməsindən bir saat yarım əvvəl turnirin bağlanış mərasimi başlayacaq.
Mərasimdə Robbi Uilyams, Nikol Şerzinqer və aktyor Tom Kruz iştirak edəcəklər.
Tədbir uşaqların təhsil və idmana çıxışı üçün vəsait toplamaq məqsədilə “Global Citizen” xeyriyyə təşkilatının təşkilatçılığı ilə keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top