Dronla vurulan gəminin azərbaycanlı kapitanı həlak olub...


Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus içində 11 nəfər azərbaycanlı olan “Atlas Bey” mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Hücumdan sonra kapitan istisna olmaqla, digər ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, “Dənizçilərin İctimai Birliyinin” sədri İlham Nəsirov gəminin kapitanı Səməd Nəsrullayevin həlak olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hücum barədə məlumat yayıb. Məlumatda xilas edilən ekipaj üzvlərinin vəziyyətinin qənaətbəxşt olduğu, kapitanın axtarışı istiqamətində tədbirlər görüldüyü qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top