Ukrayna dronla Rusiyanın 18 milyon dollarlıq helikopterini vurdu – Video


Ukrayna ordusu Belqorod vilayətində dronla Rusiyaya məxsus Mi-28 helikopterini vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri (USF) məlumat yayıb.
Bildirilib ki, zərbə iyulun 15-də 427-ci Müstəqil RAROG Pilotsuz Sistemlər Briqadasının operatorları tərəfindən endirilib.
“Gecə ovçusu” kimi tanınan Mi-28 zirehli texnikanı, canlı qüvvəni və aşağı sürətlə hərəkət edən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş hücum helikopteridir. Zirehli ekipaj kabinəsi sayəsində o, intensiv atəş altında da fəaliyyət göstərə bilir. Belə bir helikopterin təxmini dəyəri 18 milyon ABŞ dollarıdır”, - USF-nin məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top