
Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 4734 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriges “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, daha 16 740 nəfər yaralanıb.
Spiker qeyd edib ki, 17 907 sakin evsiz qalıb.
Fəlakət 190 binanı tamamilə dağıdıb, daha 856 binaya ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları nəticəsində 6 462 nəfər xilas edilib. Ümumilikdə 33 652 nəfər tibbi yardım alıb.
Hakimiyyət orqanları həmçinin 128 324 ailəyə yardım göstərib və 20 903 nəfər 107 müvəqqəti sığınacaqda yerləşdirilib.
Zərərçəkənlərə 10 063 ton ərzaq paylanıb.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verdi . Bu, son 100 ildə ölkəyə təsir edən ən güclü zəlzələlərdən biri olub. Təbii fəlakətlərin episentrləri Karakasdan təxminən 160 kilometr qərbdə, Karabobo əyalətindəki Moron şəhəri yaxınlığında yerləşib. Zəlzələdən sonrakı günlərdə 1000-dən çox zəlzələ baş verib. Ən çox ziyan sahil əyaləti olan La Quayraya dəyib.
Tətbiqimizi yükləyə bilərsiniz