Tramp Çikaqo mafiyasına müharibə elan etdi

ABŞ prezidenti Donald Tramp bu dəfə Barak Obamanın doğma şəhəri Çikaqonu hədəfə alıb. “Yeniavaz.com”un RG-yə istinadən verdiyi məlumata görə, D. Tramp Çikaqoda cinayətkarlığın baş alıb getməsini tənqid edib və bununla bağlı sərt addımlar atacağının işarəsini verib. Prezident bununla bağlı “Tvitter” səhifəsində yazıb: “Əgər Çikaqo davam edən qorxunc “qətliamı” – 2017-ci ildə 42-si ölümlə nəticələnən 228 atışma faktı (2016-cı illə müqayisədə 24 faiz çox) – dayandırmasa, mən ora federalları göndərəcəm”. Xatırladaq ki, D. Tramp andiçmə mərasimində ABŞ-dakı cinayətkarlıqla bağlı vəziyyəti “qətliam” adlandırıb və buna son qoyacağına dair vəd verib.

DİGƏR XƏBƏRLƏR

Top