Böyük Britaniyada yeniyetmələrə sosial mediada komendant saatı tətbiq olunacaq


Böyük Britaniyada yeniyetmələr gecə sosial mediada komendant saatı ilə üzləşəcəklər.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yaydığı məlumatda qeyd olunub.
“Bu o deməkdir ki, “Instagram”, “TikTok” və “YouTube” kimi tətbiqlər gecə yarısı ilə səhər 6:00 arasında 16 və 17 yaşlılar üçün əlçatan olmayacaq”, - nəşr yazır.
Hökumət, həmçinin oyun və sonsuz sürüşdürmə kimi “asılılıq yaradan” xüsusiyyətlərin deaktiv edilməsini istəyir. Bildirilir ki, komendant saatı ilə birlikdə bu tədbirlər yeniyetmələrin diqqətini, yuxu keyfiyyətini və ailə həyatını yaxşılaşdıracaq.
Bildirilir ki, yeniyetmələt hesab parametrlərini dəyişdirərək komendant saatından yayına biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top