ABŞ anlaşma memorandumunu 42 dəfə pozub


İran anlaşma memorandumunun ABŞ tərəfindən ən azı 42 dəfə ciddi şəkildə pozulmasını qeydə alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin dünya təşkilatının baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda bildirilir.
Sənəddə deyilir ki, İran ABŞ hökuməti tərəfindən İslamabad Anlaşma Memorandumunun açıq və ciddi şəkildə pozulmasının 42 halını sənədləşdirib.
İran diplomatı qeyd edib ki, memorandum imzalandıqdan dərhal sonra, həmçinin bu günə qədər ABŞ öz öhdəliklərini sistematik şəkildə pozub.
Məktubda qeyd edilir ki, ABŞ tərəfindən mülki şəxslərə və mülki infrastrukturlara qarşı qəsdən edilən hücumlar müharibə cinayətləri və insanlığa qarşı cinayətlər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top