
Xəbər verdiyimiz kimi, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olan Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, sözügedən gəminin hücumdan sonra çəkilmiş kadrları sosial mediada yayılıb.
Sahildən çəkilmiş kadrlarda gəminin yandığı görünür.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Azərbaycan XİN-in məsələ ilə bağlı yaydığı məlumatda, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvlərinin Odessa şəhərində sahilə çıxarıldığı qeyd olunub.
Bildirilib ki, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir və gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.
Tətbiqimizi yükləyə bilərsiniz