
Fransa millisinin baş məşqçisi Didye Deşam baş məşqçi kimi ən çox oyuna görə Dünya Kuboku tarixində rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, o, bu nailiyyətə ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçirilən İspaniyaya qarşı yarımfinal matçında (2:0) nail olub.
Fransalı hazırda Dünya Kubokunda 26 oyun keçirib və bu göstəricidə almaniyalı Helmut Şönü geridə qoyub.
Qeyd edək ki, 57 yaşlı Deşam 2012-ci ildən bəri Fransa milli komandasının baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2018-ci il Dünya Kubokunu və 2022-ci il Millətlər Liqasını qazanıb, həmçinin 2016-cı il Avropa Çempionatında və 2022-ci il Dünya Kubokunda ikinci yeri tutub.
Deşamın 2026-cı il Dünya Kubokundan sonra Fransa millisindən ayrılacağı bildirilir.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən turnir 19 iyulda başa çatacaq.
Tətbiqimizi yükləyə bilərsiniz