
ABŞ sentyabrın 30-dək son 23 ildir yerləşdirdiyi qoşunlarını İraqdan tam çıxaracaq.
Yeniavaz.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Əli əl-Zeydi ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü zamanı bildirib.
Tramp isə Amerika qoşunlarının artıq İraqda yerləşdirilməsinə ehtiyac olmadığını qeyd edib.
“Biz orada hərbi mövcudluğa ehtiyac duyduğumuzu düşünmürük. Neft şirkətləri indi gəlib İraqla sövdələşmələr bağlayırlar. Biz onlara kömək etməyə və onları qorumağa hazırıq, amma bunun lazım olacağını düşünmürük”, - deyə o bildirib.
Pentaqon isə sonrakı bəyanatında qoşunların çıxarılmasının İŞİD-ə qarşı missiyaya son qoyan 2024-cü il müqaviləsinə uyğun olaraq baş verəcəyini qeyd edib.
Pentaqon həmçinin, İraqda qanunsuz silahlı qruplaşmalara qarşı Amerika ordusu tərəfindən təlim keçən İraq qoşunlarının döyüşəcəyini əlavə edib.
Qeyd edək ki, Amerika qoşunları 2003-cü ildən bəri İraqdadır. 2007-ci ildə antiterror əməliyyatlarının zirvəsində Amerika qoşunlarının sayı İraqda 170 000-dən çox olub. Daha sonra 2011-ci ildə minimum həddə çatıb. 2014-cü ildə ABŞ İŞİD-lə mübarizə aparmaq üçün kontingentini yenidən genişləndirib və İraq və Suriyada İŞİD-lə mübarizə aparmaq üçün koalisiya yaradıb. Son vaxtlara qədər İraqda 2500 ABŞ əsgəri var idi, ancaq hazırda ölkədə yalnız kiçik bir məsləhətçi və digər hərbi qulluqçu kontingenti qalır.
Tətbiqimizi yükləyə bilərsiniz