
İran və ABŞ arasında əlaqələr davam edir, bu əlaqələr iyulun 14-də də davam edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
Ona İran rəhbərliyi ilə sonuncu dəfə nə vaxt danışdığı barədə sual verilib.
“Şəxsən mənimlə yox, deyək ki, nümayəndələrimlə danışırlar. Baxmayaraq ki, mən də onlarla əvvəllər danışmışam. Amma əsasən nümayəndələrimlə... Hətta bir saat əvvəl”, - deyə Amerika lideri cavab verib.
Tramp İran hakimiyyətinə istinad edərək iddia edib ki, onlar razılaşma əldə etmək istəyirlər. Amma hər dəfə razılaşma əldə etdikdə onu pozurlar.
“Mən hazırda danışıqlar aparmaq istəmirəm. Çünki üç gün əvvəl bizim artıq razılaşmamız var idi”, - deyə Amerika lideri əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz