
ABŞ ordusu İrana növbəti zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı Hörmüz boğazı yaxınlığında və İranın sahilyanı bölgələrində yerləşən onlarla hərbi hədəf vurulub.
Yeddi saat davam edən genişmiqyaslı zərbələr zamanı ABŞ ordusu hərbi təyyarələrdən (qırıcılar), pilotsuz uçuş aparatlarından və hərbi gəmilərdən istifadə edib.
“İranın kommersiya gəmiçiliyinə və mülki gəmi heyətlərinə qarşı təhlükə yaratmaq imkanlarını daha da zəiflətmək məqsədilə yüksək dəqiqlikli sursatlarla raket və PUA buraxılış məntəqələri, hərbi-dəniz imkanları və sahilyanı müdafiə sistemləri hədəf alınıb”, - CENTCOM-un məlumatında qeyd olunub.
Bildirilib ki, ABŞ qüvvələri İran limanlarına və sahilyanı ərazilərinə gedən və ya oradan gələn gəmilərə qarşı dəniz blokadası yaradıb.
Tətbiqimizi yükləyə bilərsiniz