
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Sabah” TNS-lə (Uels) görüşüb.
Yeniavaz.com xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv 2:1 hesabı ilə avropalıları məğlub edib.
Oyunda Coy-Lens Mikels (28) və Rəhman Daşdəmirov (42) fərqlənib. Rəqibin heyətində Coş Lok (89) təsəlli qolunun müəllifi olub.
Beləliklə, Bakıdakı görüşdə rəqibini iki cavabsız qolla üstələyən “Sabah” II təsnifat mərhələsinə vəsiqə qazanıb. Ölkə çempionu bu raundda “Kups”la (Finlandiya) üz-üzə gələcək.
Tətbiqimizi yükləyə bilərsiniz