Rusiya Odessada iki ticarət gəmisinə hücum etdi − Kapitan öldü


Rusiya qüvvələri Qara dənizdə Tanzaniya və Liberiya bayraqları altında üzən iki ticarət gəmisinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleh Kiper məlumat yayıb. 
Onun sözlərinə görə, gəmilərdən birinin kapitanı həlak olub. On bir heyət üzvü sahilə təxliyə edilib, onlardan üçü yaralanıb.
Rusiya Müdafiə Nazirliyi öz növbəsində bildirib ki, gün ərzində Rusiya dronları Odessa limanında üç yük gəmisini vurub. Nazirliyin məlumatına görə, hücuma məruz qalan gəmilər Ukrayna Silahlı Qüvvələrinin maraqları ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top