“Potensial yeni zərbə fərqli, daha güclü olacaq” − Netanyahu İranı hədələdi


“İsrail İran ətrafında yeni bir gərginlik mərhələsi fonunda istənilən inkişafa hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin milli nüvə tədqiqat mərkəzinin yerləşdiyi Dimona şəhərində keçirilən konfransda bildirib.
O, İslam Respublikasını ölkəsinə ilk hücum edəcəyi təqdirdə görünməmiş dərəcədə güclü bir zərbə ilə hədələyib:
“Biz istənilən ssenariyə hazırıq. Sizə yalnız bir şey deyə bilərəm və bunu İran liderlərinə deyəcəyəm: “Bizə hücum etsəniz, hadisələrin sakitcə gedəcəyini gözləməyin. Təkrarını gözləməyin. Çünki təkrarı olmayacaq. Bundan öncə olanlar artıq kifayət qədər güclü idi. Bu (potensial yeni zərbə - red.) fərqli, daha güclü olacaq. Kiminsə bizə zərər verdiyi və bizim də eyni şəkildə cavab vermədiyimiz dövrlər artıq bitib. Biz bunu İrandakı “şər oxu”na etdik və bizə zərər verən hər kəsə də eyni şeyi edəcəyik. Biz məhz bunu edirik”.
 

DİGƏR XƏBƏRLƏR

Top