
ABŞ Prezidenti Donald Tramp ölkənin Hörmüz boğazından keçən gəmilər üçün rüsum almayacağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Amerika prezidenti bunu sosial şəbəkə hesabında yazıb.
Tramp Yaxın Şərq liderləri ilə məhsuldar danışıqlar apardığını və bundan sonra rüsumun Körfəz dövlətlərinin Vaşinqtonla bağlayacağı ticarət və investisiya müqavilələri ilə əvəz edilməsinə qərar verdiyini bildirib.
“Bu investisiyalar çox böyük, eyni zamanda onlar və gələcəkləri üçün son dərəcə faydalı olacaq”, - Tramp bildirib.
O, əlavə edib ki, Hörmüz boğazının tam blokadası yalnız İran limanlarına gedən və İran limanlarından gələn gəmilərə, eləcə də İran yükü daşıyan gəmilərə şamil ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz