
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir işləri çərçivəsində daha üç ünvanda yenidənqurma işləri yekunlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində həyata keçirilib.
Qeyd olunub ki, təmirin başa çatdırılması ilə sözügedən yol sahələrində nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.
Tətbiqimizi yükləyə bilərsiniz