
Almaniyanın BMW avtomobil şirkəti yanğınlara səbəb ola biləcək elektrik problemləri ilə bağlı ABŞ-də 29 119 avtomobili geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadla məlumat yayıb.
Geri çağırma müəyyən BMW 530e xDrive və BMW 740Le xDrive qoşulma hibridlərinə, eləcə də iPerformance seriyasında olan digər modellərə təsir göstərir.
Ancaq modellərin illəri göstərilməyib.
Tənzimləyiciyə görə, mühərrik relesinin korroziyaya uğraması nəticəsində həddindən artıq istiləşmə baş verə, bu isə qısaqapanmaya səbəb olaraq yanğın riskini artıra bilər.
NHSTA geri çağırma kampaniyasının bir hissəsi olaraq, dilerlərin starteri pulsuz olaraq dəyişdirəcəyini bildirir.
Tətbiqimizi yükləyə bilərsiniz