Dünya Çempionatının ən yaxşıları açıqlandı – Messi liderdir...


Nüfuzlu “The Athletic” portalı 2026-cı il Dünya Kubokunda mübarizə aparan ən yaxşı oyunçuların yenilənmiş siyahısını dərc edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıda ilk yerdə Argentina millisinin hücumçusu Lionel Messi qərarlaşıb.
Fransa millisinin hücumçusu Kilian Mbappe ikinci, İngiltərə millisinin hücumçusu Cud Bellinqem isə üçüncü yerdədir.
İlk onluğu təqdim edirik:
1. Lionel Messi (Argentina).
2. Kilian Mbappe (Fransa).
3. Cud Bellinqem (İngiltərə).
4. Harri Keyn (İngiltərə).
5. Erlinq Holan (Norveç).
6. Maykl Olise (Fransa).
7. Usman Dembele (Fransa).
8. Aşraf Hakimi (Mərakeş).
9. Vinisius Junior (Braziliya).
10. Emerik Laport (İspaniya).


Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il Dünya Kuboku 19 iyulda başa çatacaq. Final həmin tarixdə Texas ştatının İst-Raterford şəhərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top