
Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının yarımfinal mərhələsinin favoritini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o barədə “L'Équipe” nəşrinə danışıb.
Deşam İspaniya millisinin bu mərhələdə favorit olduğunu düşünür.
“İspaniya qarşıdakı matçın açıq favoritidir. Luis de la Fuenteyə təzyiq göstərmək istəmirəm. O, evdə ondan hansı nəticələrin gözlənildiyini çox yaxşı bilir. İspanlar altı oyunda yalnız bir qol buraxıblar. Onlar favoritdir. Əminəm ki, möhtəşəm oyunumuz olacaq”, - Deşam bildirib.
Qeyd edək ki, Fransa-İspaniya yarımfinal matçı bu gün ABŞ-nin Dallas şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Tətbiqimizi yükləyə bilərsiniz