
Yaponiya hökuməti İkinci Dünya Müharibəsindən bəri ilk mərkəzləşdirilmiş kəşfiyyat xidmətini yaradacaq.
Yeniavaz.com “The New York Times” (NYT) qəzetinə istinadla xəbər verir ki, Tokio artıq texnologiya, personal və iş təşkilatını əhatə edən xüsusi xidmətin yaradılması ilə bağlı ABŞ, Avstraliya və Almaniya ilə məsləhətləşmələr aparır.
Bildirilib ki, xüsusi xidmət orqanlarının islahatı Çin, Rusiya və Şimali Koreyadan artan təhdidlər fonunda Yaponiyanın təhlükəsizlik siyasətinin daha geniş şəkildə nəzərdən keçirilməsinin bir hissəsinə çevrilib.
“Yeni struktur dekabr ayına qədər fəaliyyətə başlamalıdır. O, birbaşa Baş nazir Sanae Takaiçiyə tabe olacaq. Xidmətin ilkin heyəti kibertəhlükəsizlik mütəxəssisləri, proqram təminatı mühəndisləri və analitiklər də daxil olmaqla bir neçə yüz işçidən ibarət olacaq. Xidmətin büdcəsi 400 milyon dollar olaraq qiymətləndirilir”, - nəşr yazır.
Tətbiqimizi yükləyə bilərsiniz