Sistemdə nasazlıq yarandı, izdiham yaşandı... – Video


Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb.
Yeniavaz.com
xəbər verir ki, izdihamı əks etdirən kadrları Baku.ws yayıb.
Bildirilir ki, vətəndaşlar, istənilən vaxt xəstəxanaya rentgenə gəldikdə növbədə gözləməli olduqlarını deyirlər.
Onların sözlərinə görə, xəstəxana işçiləri buna səbəb kimi sistemin işləmədiyini, dayandığını əsas gətirirlər.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məsələ ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saat 10:00–11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb:
“Bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib. Texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir”.

DİGƏR XƏBƏRLƏR

Top