Müdafiə Nazirliyi əsgərin şəhid olması barədə məlumatlara münasibət bildirib-VİDEO

Müdafiə Nazirliyi əsgərin şəhid olması barədə yayılan məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuta xidmətindən bildirilib ki, hazırda Almaniyada məskunlaşan Həbib Müntəzirin yaydığı məlumat əsassızdır: "Silahlı Qüvvələrimizə, əsgər və zabit heyətinə qarşı düşmənçiliyi, ermənipərəst mövqeyi ilə tanınan və yalan məlumatlar yayaraq ictimaiyyəti, sosial şəbəkə istifadəçilərini aldadan Həbib Müntəzir adlı birisinin növbəti yalanı ortaya çıxıb. Belə ki, 24 yanvar 2017-ci il tarixdə sosial şəbəkədə Həbib Müntəzir Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Əkbəri Mahmud Əli oğlunun guya şəhid olması barədə yalan xəbər yayıb, onun fotosunu paylaşıb və Müdafiə Nazirliyinin bu haqda susması iddiasını irəli sürüb. Bildiririk ki, əsgər Əkbəri Mahmud Əli oğlu sağ-salamatdır və hazırda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətdədir. Bu cür və buna bənzər yalan xəbərlərin sosial şəbəkələrdə yayılaraq tirajlanması ailələr üçün böyük narahatlıq doğurur, ictimaiyyət arasında çaşqınlıq yaradır və ordumuzun uğurlarına kölgə salaraq nüfuzuna xələl gətirmək məqsədi güdür. Eyni zamanda, belə xəbərlərin erməni tərəfi üçün təxribatlar törətməyə əlverişli zəmin yaratdığını nəzərə alaraq ictimaiyyətdən, o cümlədən kütləvi informasiya vasitələrindən diqqətli olmalarını tövsiyə edir və informasiyanın dəqiqləşdirmədən yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırırıq”.

MN ölüm xəbəri yayılan hərbçinin video müraciətini də təqdim edib. Mahmud Əkbəri video müraciətində şəhid olması barədə sosial şəbəkələrdə yayılan məlumatın yalan olduğunu bildirib: “Hamıya və ilk növbədə valideynlərimə deyirəm ki, salamatam, hərbi hissədə xidmətimi davam etdirirəm”.APA

Esger

DİGƏR XƏBƏRLƏR

Top