İranda əlilliyə görə müavinətlərin ödənişi dayandırıldı


İranın Dövlət Sosial Təminat Təşkilatı büdcə kəsirlərini əsas gətirərək, aylıq əlillik müavinətlərinin ödənilməsini tamamilə dayandırıb.
Yeniavaz.com
ILNA agentliyinə istinadla xəbər verir ki, sosial xidmətlər və gigiyena vasitələri üçün ayrılan subsidiyalar da gecikir.
Agentliyin məlumatına görə, ödənişlərdəki azalmalar İran hakimiyyətinin dərinləşən iqtisadi böhran fonunda vətəndaşlara (xüsusilə də, əlilliyi olan vətəndaşlara) sosial təminat sistemi çərçivəsində kömək göstərmək iqtidarında olmadığını göstərir.
Nəşr yazır ki, əlilliyi olan əksər insanlar işləyə bilmirlər və demək olar ki, tamamilə kiçik dövlət müavinətlərindən və subsidiyalarından asılıdırlar.
Bundan əlavə, paytaxtdan kənarda sosial xidmətlərə çıxış da əlçatan deyil.
İqtisadi böhran səhiyyə və dərman xərclərinin kəskin artmasına ağır təsir göstərməklə yanaşı, davamlı müalicəyə, reabilitasiyaya və ixtisaslaşmış avadanlığa ehtiyacı olan əlillərə də xüsusilə ağır təsir göstərir.
May ayında “Khabar Online” agentliyi tibbi və gigiyena vasitələrinin qiymətinin artdığını və bunun onurğa beyni zədəsi olan təxminən 45 000 insana təsir göstərdiyini bildirib.
Steril sarğıların, kateterlərin, kateter torbalarının, şprislərin və təzyiq yaraları üçün dərmanların qiyməti də iki-üç dəfə artıb.

DİGƏR XƏBƏRLƏR

Top