Süni intellekt yaradıcılarının ən varlısı o oldu


“DeepSeek”in təsisçisi Lian Venfen yeni maliyyələşdirmə mərhələsindən sonra sərvətini ikiqat artıraraq 36 milyard dollara çatdırıb.
Yeniavaz.com
“Bloomberq Milyonerlər İndeksi”nə (BBI) istinadla xəbər verir ki, bununla da o, ən varlı süni intellekt (Sİ) təsisçisi olub.
BBI-ın məlumatına görə, Lian Venfenin sərvəti bir gün əvvəlki 16,7 milyard dollardan 36 milyard dollara yüksəlib ki, bu da gündəlik 116%, ilin əvvəlindən isə 124% artım deməkdir.
Reytinqə görə, bu, OpenAI-ın həmtəsisçisi və prezidenti Qreq Brokmanın (25,5 milyard dollar) və “Anthropic”in həmtəsisçisi və baş direktoru Dario Amodeyin (7,98 milyard dollar) sərvətindən xeyli yüksəkdir.
2008-ci ildə qurulan Çinin “DeepSeek” şirkəti süni intellekt sahəsində ixtisaslaşıb və eyniadlı neyron şəbəkəsi hazırlayır.
Şirkət ötən il ChatGPT ilə eyni səviyyədə olan və süni intellektlə işləyən köməkçi buraxmaqla məşhurlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top