Moldova Rusiyaya nota verdi


Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, Moldova XİN 13 iyulda ölkənin cənubunda qəzaya uğrayan pilotsuz uçuş aparatının aşkarlanması ilə bağlı Rusiya səfirinə etirazını bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Moldova hakimiyyət orqanları dronun Rusiyaya məxsus ola biləcəyinə inanır.
Məlumata görə, partlayıcı maddə daşıyan pilotsuz PUA Moldova hava məkanını qanunsuz olaraq keçib.
Həmçinin, səfirə Moldova tərəfindən etiraz notası təqdim edilib.
Qeyd edək ki, iyulun 13-ü gecəsi Moldovanın Kauşeni rayonunun Kopanka kəndinin kənarında pilotsuz uçuş aparatı qəzaya uğrayıb. Moldova Müdafiə Nazirliyinin məlumatına görə, PUA təxminən 40 kq partlayıcı maddə daşıyıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top