
Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin avtomobilində selfi çəkib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı görüntünü Peter Pelleqrini sosial şəbəkə hesabında paylaşıb.
“Proqramımızın növbəti hissəsində Prezident Əliyev və mən olduqca qeyri-adi bir şəkildə hərəkət etdik. Rəsmi səfər zamanı ev sahibi olan dövlət başçısının şəxsən sükan arxasına keçməsi, şübhəsiz ki, adət olunmuş bir hal deyil. Bu qeyri-adi və diqqətli jest məni həqiqətən çox məmnun etdi. Bu, ikitərəfli münasibətlərimizin səmimiliyi, xalqlarımız arasındakı dostluq, habelə tərəfdaşlığımızın əsasını təşkil edən qarşılıqlı etimad və hörmət haqqında çox şey deyir.
Bu unudulmaz qonaqpərvərlik nümunəsinə görə Prezident Əliyevə səmimi qəlbdən təşəkkür edirəm”, - Pelleqrini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz