
FIFA 2026-cı il Dünya Kubokunun yarımfinalında keçiriləcək Fransa-İspaniya oyunu üçün hakim təyinatlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, oyunun baş hakimi salvadorlu İvan Barton təyin edilib.
Ona yan xətt hakimləri David Moran (Salvador) və Antonio Pupiro (Nikaraqua) kömək göstərəcək. Dördüncü hakim funksiyasını isveçli Qlen Nyuberq yerinə yetirəcək. Ehtiyat köməkçi hakim isə yenə isveçli Mahbod Beyqi olacaq.
2026-cı il Dünya Kubokunun digər yarımfinal oyununda İngiltərə və Argentina qarşılaçacaq.
Oyunu baş hakim kimi amerikalı İsmail Elfat idarə edəcək.
Birinci köməkçi hakim funksiyasını Kori Parker (ABŞ), ikinci köməkçi hakim funksiyasını isə Kayl Atkins (ABŞ) yerinə yetirəcək. Oyunun dördüncü hakimi isə italiyalı Mauritsio Mariani olacaq. Ehtiyat köməkçi hakim kimi yenə italiyalı Daniele Bindoni çıxış edəcək.
Qeyd edək ki, Fransa və İspaniya arasında yarımfinal matçı iyulun 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Digər yarımfinal oyununda sabah Argentina İngiltərə ilə qarşılaşacaq. O görüş də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Tətbiqimizi yükləyə bilərsiniz