
Türkiyə millisinin sabiq üzvü, futbol şərhçisi Nihat Kahveci saxlanılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəər verir ki, buna səbəb onun həyat yoldaşına qarşı fiziki zorakılıq etməsi olub.
“Keçmiş futbolçu Nihat Kahveci, dünən axşam getdikləri restoranda həyat yoldaşı ilə mübahisə etdiyi və ona şillə vurduğu barədə iddialardan sonra saxlanılıb.
Milli futbol komandasının əfsanəvi siması və hazırkı idman şərhçisi Nihat Kahveci, Sarıyer bölgəsindəki bir restoranda həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı fiziki təzyiq göstərdiyi iddiası ilə polis əməkdaşları tərəfindən saxlanılıb”, - “Cumhuriyyet” yazır.
Tətbiqimizi yükləyə bilərsiniz