
Xaçmaz rayon sakini Hüseyn Məmmədovun idarə etdiyi VAZ markalı avtomobil Xaçmaz-Xudat yolunda, Qudyalçay çayı üzərindən keçən körpüdən çaya aşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində sürücü xəsarət alıb:
“İlkin araşdırmalara görə hadisənin baş verməsinə səbəb sürücünün yorğun-yuxusuz halda sükan arxasında əyləşməsi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücülərə müraciət edərək, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır”.
Tətbiqimizi yükləyə bilərsiniz