
On il milli komandada işləmiş Seneqal milli komandasının tam ştatlı həkimi Abdurahman Fediorun təhsilinin mama-ginekoloq olduğu və tələb olunan lisenziyaya malik olmadığı məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının prezidenti Abdulaye Fall mətbuat konfransında bildirib.
O, idmançılarla işləmək üçün lazımi ixtisasa malik olmasa da, komandanın tibb heyətinə rəhbərlik edib. Oyunçular da onun metodlarına şübhə ilə yanaşıblar.
“Mənə deyilənlərə görə, oyunçular ona tam etibar etmirdilər və tibbi xidmətlərinə daimi olaraq onun nəzarət etməsini istəmirdilər. Sağlamlıq ən vacib şey olduğu üçün səriştəsinə şübhə yeri qalmayacaq və oyunçuları etibarını qazanacaq bir mütəxəssis tapmalı idik”, - Fall deyib.
Nəticədə, federasiya prezidenti iş prosesi zamanı onun ixtisasca mama-ginekoloq olduğunu öyrəndiklərini əlavə edib.
Qeyd edək ki, Seneqalın 2026-cı il Dünya Kubokundakı mübarizəsi 1/32 finalda Belçikaya məğlub olduqdan sonra başa çatıb. Seneqal komandası 86-cı dəqiqədə 2-0 hesabı ilə irəlidə olsa da, əsas vaxtda belçikalılar hesabı bərabərləşdirib. Əlavə vaxtda Yuri Tielemans penalti zərbəsini dəqiq yerinə yetirib və hesabı 3-2 edib. Turnirdən kənarlaşdırıldıqdan sonra Seneqal millisi baş məşqçi Pap Tiavanı istefaya göndərib.
Tətbiqimizi yükləyə bilərsiniz