“Lazım gəlsə, İran rəhbərliyini aradan qaldıra bilərik” – Tramp


ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun İran rəhbərliyini aradan qaldıra biləcəyini deyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, amerikalı radio aparıcısı Hyu Hyuittlə söhbəti zamanı bildirib.
Amerika Prezidenti həmçinin onların yerləşdiyi yerin Amerika qoşunlarına məlum olduğunu iddia edib.
Belə ki, Hyuitt ABŞ Prezidentindən İran hökumət rəsmilərinin yerini bilib-bilmədiklərini, həmçinin, Amerika və ya İsrail qüvvələrinin onları fiziki olaraq məhv edib-edə bilməyəcəklərini soruşub.
“Bəli. Amma biz bunu müzakirə etmək istəmirik. Biz təbii ki, müşahidələr aparırıq. Mən bu barədə çox şey bilirəm, amma hazırda bu barədə danışmağın uyğun olduğunu düşünmürəm”, - deyə Tramp cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top