“Dövlətlərarası münasibətlərimizin tarixində yeni dövr başlayıb” – Əliyevdən Makrona təbrik


Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza təbriklərimi çatdırıram.
Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir.
İnanıram ki, xalqlarımızın mənafeləri naminə dərin tarixi köklərə və zəngin ənənələrə malik münasibətlərimizin iqtisadi, mədəni, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı üçün birgə səylərimizi bundan sonra da tərəfdaşlıq ruhunda davam etdirəcəyik.
Bu bayram günündə Fransa xalqına əmin-amanlıq və rifah arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top