Holan ABŞ-də kovboy suvenirlərinə 10 000 dollar xərcləyib – TMZ


Norveç millisinin və “Mançester Siti” klubunun hücumçusu Erlinq Holan Texas ştatının Dallas şəhərindəki Vəhşi Qərb stilli geyim və suvenir mağazasında 10 000 dollar xərcləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TMZ potalı məlumat yayıb.
Məlumata görə, Dünya Kubokundakı çıxışını başa vurmuş idmançı evə yenot müqəvvası ilə qayıdıb.
Norveç milli komandası Osloya bazar ertəsi axşamı çatıb. Holan sosial şəbəkə səhifəsində əlində yenot müqəvvası ilə təyyarənin pilləkənlərindən enərkən çəkilən şəklini dərc edib.
TMZ-nin məlumatına görə, Holan qeyri-adi suveniri Dallasdakı kovboy geyimləri və suvenirləri mağazasından alıb.
Mağazanın sahibi portala bildirib ki, futbolçu və komanda yoldaşları mağazada bir saat yarım vaxt keçiriblər. Onlar kovboy papaqları, çəkmələri, kəmərləri və köynəkləri alıblar. Digər suvenirlər arasında oyunçular dələ müqəvvalarını da bəyəniblər. Müqəvvaların qiyməti 450 dollardan 750 dollara qədər dəyişib.
Portalın məlumatına görə, bütün alış-verişlərin xərcini Holan ödəyib.
Qeyd edək ki, Norveç milli komandası Dünya Kubokunun 1/4 final oyununda İngiltərə milli komandasına əlavə vaxtdan sonra 2-1 hesabı ilə məğlub olub. Bununla da, komanda Dünya Kubokundakı çıxışını başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top