
ABŞ Prezidenti Donald Tramp iyulun 16-da həmvətənlərinə televiziya ilə müraciət etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika liderinin “Truth Social” sosial şəbəkə səhifəsində bildirilib.
“Prezident Tramp 16 iyul axşamı Şərq vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 17 iyul saat 05:00) xalqa müraciət edəcək”, - məlumatda qeyd edilib.
Müraciətin mövzusu dəqiqləşdirilməyib.
Qeyd edək ki, bundan əvvəl Tramp aprelin əvvəlində İrana qarşı hərbi əməliyyatla bağlı xalqa müraciət etmişdi. O, ABŞ-nin hərbi hücumları nəticəsində İranın heç nəyi qalmayacağını bildirmiş və Tehranı çox gec olmamış razılığa gəlməyə çağırmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz