“Keçən il mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırılıb” − Video


“Hazırkı vəziyyətdə o, (Mixail Qusman - red.) burada zərərçəkənlər adından danışır. Bilməyənlər üçün deyim ki, keçən il məhz bu forumda mənə verilən bir suala görə, - düşünürəm ki, o, eyni yerdə oturmuşdu, - bəli, onilliklərini həsr etdiyi, əslində rəhbərlik etdiyi və TASS-ın beynəlxalq xəbər agentliyi kimi inkişafı üçün çox iş gördüyü təşkilatdakı vəzifəsindən uzaqlaşdırıldı”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Rusiyanın TASS informasiya agentliyinin sabiq direktor müavini Mixail Qusmanın sualını cavablayarkən deyib.
Ölkə başçısı qeyd edib ki, Qusman Azərbaycan xalqının layiqli oğludur:
“Özü də dediyi kimi, təxminən 40 il Rusiyada ezamiyyədə olub, amma Azərbaycanla əlaqəni heç vaxt kəsməyib, həmişə bizimlə birlikdə olub, daim uğurlarımıza sevinib və çətinliklərə şərik olub.
O, İkinci Qarabağ müharibəsi zamanı praktik olaraq burada yaşayıb və cəbhə xəttindən reportajlar hazırlayıb ki, bu da onun xarakterini, xalqına, ölkəsinə münasibətini nümayiş etdirib, həm də bizə çox kömək edib... Zəhmət olmasa, əyləşin. Bizə informasiya blokadasını yarmağa kömək ediblər”.
Prezident qeyd edib ki, keçən il Rusiyadan başqa zərərçəkənlərimiz də olub:
“Amma bu gün onu görmədim. Ola bilər ki, artıq həbs ediblər? Allah qorusun, əlbəttə ki, Allah ona cansağlığı qismət eləsin. Amma birini sadəcə Azərbaycan Prezidentinə müsbət sual verdiyinə görə vəzifəsindən azad ediblər, digəri isə sadəcə Azərbaycan haqqında müsbət fikirlər söylədiyi üçün xarici agent elan olunub. Ona görə də, Aleksey, (Aleksey Naumov - red.) ehtiyatlı ol. Amma bu, sanki bir müqəddimədir”.

DİGƏR XƏBƏRLƏR

Top