Yuliya Sviridenko istefa verdi


Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk məlumat yayıb.
Bildirilib ki, Sviridenko istefa ərizəsini Ali Radaya təqdim edib.
Stefançukun sözlərinə görə, Baş nazirin istefa ərizəsi artıq parlamentə daxil olub və məsələ yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də Baş nazir vəzifəsinə təyin olunmuşdu. Bundan əvvəl o, Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top