“iPhone”un 20 illiyi ilə bağlı yeni detallar açıqlandı


“Apple” şirkəti “iPhone”un 20 illik yubiley smartfonu üçün istehsal xətlərinin hazırlanmasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Weibo” səhifəsində məlumat verib.
İnsayderin sözlərinə görə, şirkət artıq qarşıdan gələn cihaz üçün gözlənilən dizayn dəyişikliklərinə uyğunlaşmaq üçün istehsal müəssisələrini təkmilləşdirir. Əsas yeniliklərdən biri “Apple”ın son “iPhone” nəsillərində imtina etdiyi şüşə arxa panelin geri qaytarılması ola bilər.
İnsayder həmçinin iddia edir ki, yeni model üçün istehsal prosesi əsasən “iPhone Air” üçün istifadə edilənə bənzəyəcək.
Şayiələr göstərir ki, yubiley “iPhone”un dörd tərəfi əyri ekrana malik olacaq. Bundan əlavə, “Apple” ilk dəfə olaraq “Face ID”ni ekranın altına tam inteqrasiya edə bilər və “Dynamic Island”ı yalnız ön kamera üçün kiçik bir dəliyə çevirə bilər.

DİGƏR XƏBƏRLƏR

Top