
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək, milli mesajlaşma tətbiqi “Max”ı hazırlayan VK və onun törəmə şirkəti olan “Communication Platform” investisiya şirkətini əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilib.
Avropa hakimiyyəti qərarlarını VK-ya istinad edərək Rusiyada “vətəndaş cəmiyyətinin və demokratik müxalifətin yatırılmasına texniki dəstək göstərməsi” ilə izah edib. “Communication Platform” da eyni səbəblərdən Aİ tərəfindən sanksiya edilib.
VK-nın mətbuat xidməti RBC-yə bildirib ki, Aİ sanksiyaları VK və “Max”ın fəaliyyətinə təsir göstərmir. Onların tətbiqləri və xidmətləri istifadəçilər üçün həmişəki kimi əlçatandır.
Tətbiqimizi yükləyə bilərsiniz