
İsrailin kəşfiyyat orqanı “Mossad” İranın keçmiş prezidenti Mahmud Əhmədinejadı əməkdaşlığa cəlb etmək üçün bir il ərzində gizli əməliyyat keçirib və hətta mövcud rejimin devrilməsindən sonra onu ölkənin yeni lideri təyin etməyi planlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə öz araşdırması əsasında “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, indi İranın keçmiş prezidenti İsrail kəşfiyyatı ilə uzun müddətdir əlaqələrinə görə həbsdədir.
Araşdırma müəlliflərinin İsrail kəşfiyyat rəsmilərinə istinadən verdiyi məlumata görə, “Mossad” hətta 2024-cü ildə Budapeştdə İranın keçmiş prezidenti ilə İsrail Kəşfiyyatının o vaxtkı direktoru David Barnea arasında şəxsi görüş təşkil edib.
Bu məqsədlə israillilər macar alimlərindən Əhmədinejadın Macarıstan paytaxtında keçirilən iqlim dəyişikliyi konfransına dəvət edilməsini istəyiblər.
Nəşrin məlumatına görə, İsrail dəfələrlə keçmiş prezidentin mətbuat katibi Əkbər Cavanfəkrə külli miqdarda pul köçürüb.
“The New York Times” qəzetinin qeyd etdiyi kimi, əməliyyatın pik həddi bu ilin 28 fevralında İsrailin Tehrana hava hücumu günü baş verib.
Məlumata görə, keçmiş prezidentin iqamətgahına bir neçə raket düşüb və yaşayış binalarını deyil, Əhmədinejadın mühafizə dəstəsinin yerləşdiyi binanı dağıdıb. Qısa müddət sonra qara “Peugeot” markalı avtomobil keçmiş prezidentin olduğu əraziyə gəlib və keçmiş prezident bu avtomobillə naməlum istiqamətdə gedib. Qəzetin bir neçə İran mənbəyinə görə, Tehrandakı “Mossad” agentləri beləliklə Əhmədinejadı təhlükəsiz yerə aparıblar.
Lakin, naməlum şəraitdə Əhmədinejadla israillilər arasında fikir ayrılığı meydana gəlib və o, bu təhlükəsiz sığınacağı tərk edib. Belə ki, məlumatlara əsasən keçmiş prezident İsrailin planı əsasında yenidən hakimiyyətə gəlmək istəməyib.
O, ötən həftəyə qədər ictimaiyyət qarşısına çıxmayıb. Qəzet yazır ki, o, Ayətullah Əli Xameneinin dəfn mərasimində qısa müddətə mühafizəçi kimi görünən insanlar tərəfindən əhatə olunmuş şəkildə görünüb.
Keçmiş prezidentin hazırkı statusu hələ də qeyri-müəyyəndir. Qəzetin İran mənbələri onun Tehranda ev dustaqlığında olduğunu və SEPAH-ın kəşfiyyat zabitləri tərəfindən mühafizə edildiyini bildirir.
Tətbiqimizi yükləyə bilərsiniz