Tramp bu gün 7 müsəlman ölkəsini "qara siyahıya" sala bilər

ABŞ prezidenti Donald Trampın bu gün ölkəyə miqrant axınının qarşısını almağa xidmət edən sənədi imzalayacağı gözlənilir. "Yeniavaz.com"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, sənəddə Suriya da daxil olmaqla 7 müsəlman ölkəsindən gələn qaçqınların ABŞ-a girişinin müvəqqəti olaraq qadağan ediləcəyi əksini tapıb. Bu qadağanın bir neçə ay ərzində qüvvədə olması gözlənilir. Bununla belə yeni qadağa adı çəkilən ölkələrdən dini ayrı-seçkilikdən qaçaraq ABŞ-a sığınacaq şəxslərə şamil edilməyəcək. Son məlumatlara görə, Trampın miqrantlara qadağa qoyacağı ölkələr Suriya, İraq, İran, Liviya, Somali, Sudan və Yəməndir. Bundan əlavə Trampın Meksika ilə sərhəddə divar tikintisinin davam etdirilməsi barədə də qərar qəbul edəcəyi gözlənilir. Xatırladaq ki, Tramp prezident seçkiləri ərəfəsində qeyd edib ki, qalib gələcəyi təqdirdə ölkədə qeyri-qanuni yaşayan 11 milyon miqrantı deportasiya edəcək.

DİGƏR XƏBƏRLƏR

Top