“ABŞ Hörmüz boğazına nəzarəti ələ keçirəcək” – Tramp


“ABŞ Hörmüz boğazına nəzarəti ələ keçirəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalındakı canlı çıxışı zamanı bildirib.
O, həmçinin, Vaşinqtonun bunun üçün kompensasiya almalı olduğunu qeyd edib.
“Biz Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik. Və çox güman ki, onu idarə edəcəyik. Biz boğazın keşikçisi olacağıq. Bizə çox güman ki, boğazın keşikçi mələyi deyiləcək. Və bunun üçün bizə kompensasiya ödənilməlidir”, - Tramp əlavə edib.
Ancaq ABŞ lideri bu ifadələrlə bağlı təfərrüat verməyib.
O, həmçinin, İranın heç nəyi olmadığını əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top