Almaniya XİN Rusiya səfirini çağırdı


Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Bu gün Rusiya səfirini çağırdıq və bir daha mövqeyimizi açıq şəkildə bildirdik”, - bəyanatda deyilir.
Almaniya XİN iddia edir ki, Almaniya rusiyapərəst hakerlər tərəfindən kiberhücumlara məruz qalıb.
Ancaq bununla bağlı heç bir dəlil təqdim edilməyib.
Qeyd edək ki, bundan əvvəl, iyulun 13-də Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov da eyni səbəblə Fransa Xarici İşlər Nazirliyinə çağırılmışdı. Fransa xarici işlər naziri Jan Noel Barro Fransanın kiberhücumların hədəfində olan 10 Avropa ölkəsindən biri olduğunu qeyd etmişdi. O, hücumlara nazirliklər və şirkətlərin də daxil olduğunu bildirmişdi. Xarici işlər naziri hakerlərin məqsədinin "təxribat və casusluq" olduğunu əlavə etmişdi.
Rusiya dəfələrlə bu cür ittihamları rədd edib.

DİGƏR XƏBƏRLƏR

Top