Böyük Britaniya SEPAH-ı terror təşkilatı elan etdi


Böyük Britaniya hökuməti İran Silahlı Qüvvələrinin elit bölməsini - İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qadağan olunmuş təşkilat elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, Krallığın təhlükəsizlik naziri Anjela İql parlamentə yazılı bəyanatında SEPAH-ın Britaniya xalqının həyatını təhdid edən fəaliyyətlərlə məşğul olduğunu bildirib.
Londonun Tehranla əlaqələndirdiyi sağçıların İslam Hərəkatı da sanksiya siyahısındadır.
Qeyd edək ki, bu ilin aprel ayında Argentina hakimiyyəti SEPAH-ı terror təşkilatı elan edib. Argentina Prezidenti Xavyer Mileyin ofisi bu qərarın SEPAH-ın qanunsuz transmilli fəaliyyətlərinə, o cümlədən Argentina torpağında terror hücumlarını təsdiqləyən rəsmi məlumatlara əsaslandığını bildirib.
Buraya 1992 və 1994-cü illərdə Buenos-Ayresdə baş verən partlayışlar da daxil olub.
Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti Avropa İttifaqının hava və dəniz qüvvələrini terror təşkilatları kimi tanımışdı.

DİGƏR XƏBƏRLƏR

Top